Ermənilər Naxçıvanı yenə atəşə tutdu

Ermənilər Naxçıvanı yenə atəşə tutdu
HADİSƏ 28 Avqust 2024 10:17

Avqustun 28-i saat 06:45 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.

Sitat.info  xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.