DTX-nin saxladığı Səmədov məsuliyyətə cəlb olundu

DTX-nin saxladığı Səmədov məsuliyyətə cəlb olundu
HADİSƏ 23 Avqust 2024 19:41

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan Bəhruz Səmədov cinayət məsuliyyətinə cəlb edilib.

Sitat.info xəbər verir ki, bu barədə onun vəkili Zibeydə Sadıqova məlumat verib.

Vəkil deyib ki, müvəkkilinə qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham elan edilib.

Səbail Rayon Məhkəməsinin qərarı ilə B.Səmədov barəsində dörd aylıq həbs qətimkan tədbiri seçilib.

Məhkəmə prosesində Bəhruz Səmədovun tapşırıq alıb məlumat ötürməkdə şübhəli bilindiyi Ermənistan Respublikası vətəndaşlarının adlarının sadalandığı məlum olub./Axar.az