Gəncədə mənzildən meyit aşkarlanıb

Gəncədə mənzildən meyit aşkarlanıb
HADİSƏ 22 Avqust 2024 16:47

Gəncədə mənzildən meyit aşkarlanıb.

Bu barədə Sitat.info-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Gəncə şəhərində 1 nəfərin evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub:

"Məlumatla əlaqədar FHN-nin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib".