Bakıda qəza: yük yola dağıldı, tıxac yarandı

Bakıda qəza: yük yola dağıldı, tıxac yarandı
HADİSƏ 21 Avqust 2024 12:17

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Sitat.info xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, Nəsimi rayonu, Alı Mustafayev küçəsində qəza zamanı avtomobillərdən birinin üzərində olan yük yola dağılıb:

"Bu səbəbdən Ziya Bünyadov prospekti istiqamətində sıxlıq yaranıb. Avtomobillərin rahat hərəkətini təmin etmək üçün işlər görülür".