İranda sərnişin avtobusu aşdı: Ölən və yaralananlar var

İranda sərnişin avtobusu aşdı:  Ölən və yaralananlar var
HADİSƏ 20 Avqust 2024 09:35

Bu gün Kerman-İranşəhr magistralında sərnişin avtobusu aşıb.

Sitat.info yerli agentliyə istinadən məlumat verir ki, bununla bağlı İranşəhr Təcili Yardım İdarəsinin rəisi Əlirza İrəndeqani deyib:

“Səhər saat 03:53 radələrində Kerman-İranşəhr magistral yolunda sərnişin avtobusunun aşması nəticəsində 6 nəfər ölüb, 18 nəfər yaralanıb”.

O, qeyd edib ki, yaralılar ambulanslarla xəstəxanaya aparılıblar.

Nigar,

Sitat.info