Şuşada COP29-a həsr olunmuş beynəlxalq elmi konfrans keçiriləcək

Şuşada COP29-a həsr olunmuş beynəlxalq elmi konfrans keçiriləcək
SİYASƏT 19 Avqust 2024 12:48

Şuşada BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP 29) həsr olunmuş “Qarabağ ekosistemlərinə antropogen faktorların və iqlim dəyişikliklərin təsiri” mövzusunda beynəlxaq konfrans keçiriləcək.

Sitat.info xəbər verir ki, konfrans sentyabrın 30-da Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun təşkilatçılığı ilə baş tutacaq.

Konfransın keçirilməsində əsas məqsəd iqlim dəyişmələri, onların ətraf mühitə təsiri məsələlərini biologiya sahəsində çalışan alim və mütəxəssislərlə müzakirə etmək, çıxış yollarını axtarıb tapmaq üçün fikir mübadiləsi aparmaq, beynəlxalq təcrübəni bölüşməkdir.