Bakıda iki avtomobil toqquşdu: Xəsarət alan var (Video)

Bakıda iki avtomobil toqquşdu: Xəsarət alan var (Video)
HADİSƏ 16 Avqust 2024 14:55

Bu gün səhər saatlarında "Sea Breeze" istirahət mərkəzinin qarşısındakı magistral yolda avtomobil qəzası baş verib.

Oxucular hadisə yerindən Sitat.info-ya video yollayıblar.

Məlumata görə, "KİA" markalı avtomobillə, "VAZ 2107" markalı maşın toqquşub.

Qəza zamanı sürücülərin ciddi xəsarət aldığı deyilir.

Əraziyə Təcili Tibb Yardım və polis əməkdaşları gəlib.

Məğrur,
Sitat.info