Dörd ildə Azərbaycanda mina qurbanlarının sayı açıqlandı

Dörd ildə Azərbaycanda mina qurbanlarının sayı açıqlandı
HADİSƏ 16 Avqust 2024 14:10

Vətən müharibəsi bitdiyi gündən indiyə qədər 377 nəfər minaların qurbanı olub.

Sitat.info xəbər verir ki, bunu Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Report-a açıqlamasında deyib.

Sədr mina qurbanlarının sayının artdığını bildirib:

"Dinamika aşağı düşsə də, yenə hadisələr baş verir. Müharibə bitdiyi gündən indiyə qədər bu partlayışlar nəticəsində 69 nəfər həlak olub, 377 nəfər minaların qurbanı olub".