İsmayıllıda 8 ton çətənə kolu məhv edilib

İsmayıllıda 8 ton çətənə kolu məhv edilib
HADİSƏ 06 Avqust 2024 16:08

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2024” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Xanagah kəndində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

DİN-dən "Sitat.info"ya bildirilib ki, ümumi çəkisi 8 ton 147 kiloqram olan 9015 ədəd çətənə kolu yandırılaraq məhv edilib.