Azərbaycan XİN vətəndaşları bu ölkəyə səfər etməməyə çağırıb

Azərbaycan XİN vətəndaşları bu ölkəyə səfər etməməyə çağırıb
SİYASƏT 05 Avqust 2024 16:56

Fələstin Dövlətinin yerləşdiyi regionda sürətlə dəyişən təhlükəsizlik vəziyyəti nəzərə alınaraq, Azərbaycan Respublikası vətəndaşlarına zəruri olmadığı təqdirdə Fələstin Dövlətinə səfər etməmələri tövsiyə olunur.

Hal-hazırda Fələstin Dövlətində yaşayan və səfərdə olan Azərbaycan Respublikası vətəndaşlarından mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri, əhalinin sıx toplaşdığı yerlərə getməmələri zəruridir.