Rusiyada partlayışda ölənlər də var

Rusiyada partlayışda ölənlər də var
HADİSƏ 02 Avqust 2024 18:35

Ötən gün Rusiyanın Nijni Tagil şəhərində yaşayış binasında baş verən partlayış nəticəsində xəsarət alanların sayı 21 nəfərə çatıb.

Sitat.info  xəbər verir ki, bu barədə Rusiya mediası  məlumat yayıb.

Qeyd olunub ki, onların 10-u uşaqdır. 

Beşmərtəbəli yaşayış binasında partlayış zamanı ölənlərin sayı isə 6 nəfərə çatıb. Xilasedicilər dağıntılar arasından 1 uşaq cəsədini çıxarıblar.