ABŞ Gürcüstana yardım proqramını dayandırdı

ABŞ Gürcüstana yardım proqramını dayandırdı
Dünya 31 İyul 2024 18:30

ABŞ "Xarici təsirin şəffaflığı haqqında" qanunun qəbul edilməsi ilə əlaqədar Gürcüstana yardım proqramını dayandırıb.

Sitat.info TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken deyib.

"Mayın 23-də Gürcüstan hökumətinin antidemokratik hərəkətlərindən sonra ABŞ və Gürcüstan arasında ikitərəfli əməkdaşlığın hərtərəfli nəzərdən keçirildiyini elan etdim. Nəticədə ABŞ Gürcüstan hökumətinə birbaşa dəstəyə yönəldilmiş 95 milyon ABŞ dollarından çox yardımı dayandırır”, - Blinken bildirib.