İsrail ordusu Qəzzada bir əsgərini öldüyünü açıqlayıb

İsrail ordusu Qəzzada bir əsgərini öldüyünü açıqlayıb
Dünya 23 İyul 2024 19:09

İsrail ordusu Qəzza zolağında əl qumbarasının partlaması nəticəsində əsgərlərindən birinin öldüyünü bildirib.

Sitat.info xəbər verir ki, ordudan verilən açıqlamada bildirib: "Səhər saatlarında Qəzza zolağında əməliyyat çərçivəsindən kənar fəaliyyət zamanı əl qumbarasının partlaması nəticəsində bir əsgər həyatını itirib".

Hadisənin təfərrüatları ilə bağlı məlumat verilməyib. 

Açıqlamada qəza ilə bağlı araşdırma başlanıldığı və nəticələrin hərbi prokurorluğa təqdim ediləcəyi bildirilib.

Kənan Yusif 

Sitat.info