Təbrizdə silahlı qarşıdurma: yaralanan var

Təbrizdə silahlı qarşıdurma: yaralanan var
Dünya 22 İyul 2024 12:15

Ötən gecə Təbrizin Rüşdiyyə məhəlləsində bir motosikletdə olan iki naməlum şəxs 40 yaşlı kişiyə atəş açaraq onu yaralayıblar.

Sitat.info xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Bildirilib ki, atəş açanlar qaçdıqdan sonra hadisə yerinə polis qüvvələri və təcili yardım maşınları gəlib.

Silahlı hücumçuların saxlanılması ilə bağlı tədbirlər görülür.