Ermənistanda hərbi təyyarə qəzaya uğradı

Ermənistanda hərbi təyyarə qəzaya uğradı
Dünya 19 İyul 2024 11:16

Ermənistanda An-2 hərbi təlim təyyarəsi qəzaya uğrayıb.

Sitat.info xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin açıqlamasında bildirilib.

Bildirilib ki, Ermənistan MN-in balansında olan təyyarə Kotayk vilayətində yerə çırpılıb.

Pilotların hər ikisi ölüb.

Qeyd edək ki, bundan öncə “Shamshyan.com” erməni saytı hərbi helikopterin qəzaya uğradığı məlumatını yaymışdı.