Çeçenistanda tikintidə partlayış - 5 nəfər ölüb, yaralılar var

Çeçenistanda tikintidə partlayış - 5 nəfər ölüb, yaralılar var
Dünya 15 İyul 2024 16:18

Çeçenistanda tikintidə partlayış nəticəsində ən azı 5 nəfər həlak olub, 26 nəfər xəsarət alıb.

Sitat.info  xəbər verir ki, partlayış Başin-Kali kəndində tikinti meydançasında baş verib.

İlkin versiyaya görə, qaz balonu partlayıb.

Partlayış nəticəsində ən azı 5 nəfərin öldüyü, 26 nəfərin müxtəlif dərəcəli xəsarətlər aldığı bildirilir.

Zərbənin gücündən dağıntıların olduğu barədə də məlumatlar var.

Partlayışın səbəbi hələlik açıqlanmayıb, araşdırma aparılır.