Bakıda dənizdə batan şəxsin axtarışlarına helikopter cəlb edilib

Bakıda dənizdə batan şəxsin axtarışlarına helikopter cəlb edilib
HADİSƏ 15 İyul 2024 13:50

 

Bakıda Xəzər dənizinin nəzarətsiz ərazisində batan şəxsin axtarışlarına helikopter cəlb olunub.

 Sitat.info xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, ötən gün Bakı şəhərinin Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə nəzarətsiz ərazidə bir nəfərin batması barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb edilib.

Axtarışlar davam etdirilir.