Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb

Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
KRİMİNAL 11 İyul 2024 11:20

İyulun 10-da ölkə ərazisində qeydə alınan 42, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Sitat.info xəbər verir ki, bu barədə Daxili İşlər Naazirliyi məlumat yayıb.

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 45, o cümlədən, borclu şəxs qismində axtarışda olan 36 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 25, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.