Türkiyənin iki bölgəsində meşə yanğını başladı

Türkiyənin iki bölgəsində meşə yanğını başladı
HADİSƏ 08 İyul 2024 19:31

Türkiyənin Muğla şəhərinin Qırxağac (Kırkağaç) rayonunda meşə yanır.

Sitat.info xəbər verir ki, bu barədə “Habertürk” məlumat yayıb.

Bildirilib ki, yanğının söndürülməsinə 4 təyyarə, 4 helikopter, 15 su tankeri, 7 su təchizatı çəni və 1 dozer cəlb olunub.

Yanğının söndürülməsi üçün havadan və qurudan müdaxilə edilir.

Həmçinin Manisa şəhərində də meşə yanır. Oradakı yanğının söndürülməsi istiqamətində də işlər davam edir.

Yanğınların səbəbi hələ məlum deyil.