Şuşaya gedənlər qəzaya düşdü

Şuşaya gedənlər qəzaya düşdü
HADİSƏ 08 İyul 2024 09:21

Beyləqanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sitat.info Oxu.az-a istinadla xəbər verir ki, hadisə zamanı minik avtomobili traktorla toqquşub.

Qəza nəticəsində minik maşınında olan 40 yaşlı O.Əliyev və 23 yaşlı B.Bayramov xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edilib ki, hər iki şəxs Şuşa şəhərinə işləməyə gedirmiş.