Ukrayna PUA-ları Rusiyada yanacaq məntəqələrini vurdu

Ukrayna PUA-ları Rusiyada yanacaq məntəqələrini vurdu
Dünya 05 İyul 2024 14:28

Ukrayna pilotsuz təyyarələri Kursk vilayətinin Sucansk rayonunda yanacaqdoldurma məntəqələrinə hücum edib.

Sitat.info xəbər verir ki, bu barədə vilayət qubernatorunun səlahiyyətlərini icra edən Aleksey Smirnov məlumat yayıb.

O bildirib ki, PUA-nın zərbəsi nəticəsində bir sürücü yaralanıb.

Yanacaq məntəqəsində partlayış olub-olmadığı haqda məlumat verilməyib.