İrəvan-Moskva reysində bomba həyəcanı

İrəvan-Moskva reysində bomba həyəcanı
HADİSƏ 21 Aprel 2022 18:31

“Zvartnots” aeroportunun polis şöbəsinə İrəvan-Moskva reysini həyata keçirən təyyarənin göyərtəsində bomba olması barədə siqnal daxil olub.

Sitat.info xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb. 
"Siqnal saat 16:00 radələrində daxil olub.

Sərnişinlər təxliyyə edilib, bombanın aşkarlanması istiqamətində yerində iş aparılır", - polisin mətbuat xidmətindən bildirilib.

Təyyarə “Azimut” Hava Yollarına məxsusdur. (Qafqazinfo)