Zelenski Donetsk vilayətinə baş çəkib

Zelenski Donetsk vilayətinə baş çəkib
Dünya 26 İyun 2024 13:00

Ukrayna prezidenti Volodimir Zelenski Donetsk vilayətinin rəsmi Kiyevin nəzarətində olan hissəsinə səfər edib.

Sitat.info xəbər verir ki, bu barədə UNIAN məlumat yayıb.

"Mən burada, Donetsk vilayətində insanların təhlükəsizliyi və dəstəyi ilə bağlı görüş keçirdim - çoxlu suallar var idi - su, sosial məsələlər, evakuasiya, müdafiəyə kömək, mənzillərin bərpası”, - deyə o bildirib.