Rusiyada tramvay qəzası: 109 yaralı
Rusiyanın Kemerovo şəhərində baş verən tramvay qəzasında 7-si uşaq olmaqla 109 nəfər xəsarət alıb.
Sərnişinlərin yaralandığı qəza ilə bağlı araşdırma başlanıb. Yaralılardan 19-u xəstəxanaya göndərilib ki, onlardan da 4-nün ağır vəziyyətdə olduğu deyilir.
Rusiya Səhiyyə Nazirliyinin müşaviri Aleksey Kuznetsov də jurnalistlərə verdiyi açıqlamada qəzada 7-si uşaq olmaqla 109 nəfərin yaralandığını açıqlayıb.
Türkan,
Sitat.info