16-cı mərtəbədən özünü atdı, komendantın üstünə düşdü

16-cı mərtəbədən özünü atdı, komendantın üstünə düşdü
HADİSƏ 04 İyun 2024 14:44

Bakıda dəhşətli intihar hadisəsi olub.

Sitat.info Lent.az-a istinadla xəbər verir ki, hadisə bir neçə dəqiqə əvvəl Nizami rayonu ərazisində, "Siyaqut" şadlıq sarayının yaxınlığında qeydə alınıb.

Adı hələlik məlum olmayan gənc oğlan çoxmərtəbəli binanın 16-cı mərtəbəsindən özünü atıb. Bu zaman o, həmin binadan çıxan bir nəfərin üzərinə düşüb. Həmin şəxsin komendant olduğu bildirilir.

Nəticədə binadan özünü atan və komendant yerindəcə keçiniblər.