Gürcüstanda qalmaqallı qanun qüvvəyə mindi

Gürcüstanda qalmaqallı qanun qüvvəyə mindi
Dünya 03 İyun 2024 13:29

Gürcüstanda “Xarici təsirin şəffaflığı haqqında” qanun qüvvəyə minib.

Sitat.info xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili məlumat verib.

“Bu gün mən “Xarici təsirin şəffaflığı haqqında” qanunu imzaladım. Bu qanunun məqsədi Gürcüstanın siyasi, iqtisadi və sosial sistemlərini kənar müdaxilələrə münasibətdə gücləndirməkdir”, - Papuaşvili bildirib.