Papikyan 5 müdafiə naziri ilə müzakirə apardı

Papikyan 5 müdafiə naziri ilə müzakirə apardı
SİYASƏT 29 May 2024 16:30

Mayın 28-də AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Jozep Borrellin dəvəti ilə Brüsselə gedən Ermənistan müdafiə naziri Suren Papikyan AB və tərəfdaş ölkələrin müdafiə nazirlərinin işçi naharında iştirak edib.

Sitat.info xəbər verir ki, bu barədə Ermənistan MN-in mətbuat xidməti məlumat yayıb.

Tədbir zamanı Suren Papikyan İsveç, Bolqarıstan, Yunanıstan, Cənubi Kipr və Gürcüstanın nazirləri ilə müdafiə sahəsində ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib.