Helikopterin qəza enişi ilə bağlı Nikoldan açıqlama

Helikopterin qəza enişi ilə bağlı Nikoldan açıqlama
Dünya 25 May 2024 13:03

Əzizlərim, hər şey yaxşıdır. Əlverişsiz hava şəraiti ilə əlaqədar helikopterimiz Vanadzorda (Böyük Qarakilsə) plandankənar eniş edib.

Sitat.info xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan öz sosial şəbəkə hesabında yazıb.

“İndi səyahətimizə maşınla davam edirik. Hər kəsə xoş gün arzulayıram”, - deyə o əlavə edib.

Qeyd edək ki, bundan öncə Taşirə uçan Paşinyanın helikopteri Vanadzor stadionuna təcili eniş etmişdi.