Yaponiya və İsveçrə Rusiyaya qarşı razılaşdı

Yaponiya və İsveçrə Rusiyaya qarşı razılaşdı
SİYASƏT 18 Aprel 2022 16:25

İsveçrə Prezidenti, Federal Xarici İşlər Departamentinin rəhbəri İqnazio Kassis və Yaponiya Baş naziri Kişida Fumio Rusiyaya sanksiyaların sərtləşdirilməsi ilə bağlı razılığa gəliblər.

Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə NHK kanalı məlumat yayıb.

Məlumata görə, Kişida Rusiyanın hərəkətlərinin təkcə Avropada deyil, Asiyada da beynəlxalq nizamı sarsıtdığını bildirib:

“Bugünədək dünya birliyinin bir araya gəlməsini tələb edən bu qədər vacib an olmamışdır. Biz İsveçrə ilə sıx əməkdaşlıq etmək istərdik”.

İsveçrə prezidenti bu fikri dəstəkləyib və Ukraynaya yardım göstərməyə hazır olduğunu bildirib.