Türkiyə ordusu 19 terrorçunu məhv etdi

Türkiyə ordusu 19 terrorçunu məhv etdi
Dünya 18 Aprel 2022 15:30

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında PKK-ya qarşı başlatdığı "Pəncə-Qıfıl" (Pençe Kilit) əməliyyatında 19 terrorçu zərərsizləşdirilib.

Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Əməliyyat zamanı 4 qəhrəman yoldaşımız yaralanıb. Bütün lazımi tibbi yardım göstərilir. Terrorçular qaçmağa yerlərinin olmadığını, sonun yaxın olduğunu anlamalı və ədalətə təslim olmalıdırlar”, - məlumatda vurğulanıb.