Gürcü parlamenti qalmaqallı layihəni qəbul etdi
Gürcüstan parlamentinin Hüquq komitəsi “Xarici agentlər haqqında” qanun layihəsini üçüncü oxunuşda qəbul edib.
Sitat.info xəbər verir ki, bunu müxalif deputat Yekaterina Xerxeulidze deyib.
“Komitənin iclası saat 9:00-da başladı və cəmi 2 dəqiqə davam etdi. Biz müxaliflərə iclasa qatılmağa icazə vermədilər. Hüquq komitəsi sənədi iki dəqiqəyə qəbul etdi”, - deputat bildirib.