Rusiya: Donetskdə Novokalinovo qəsəbəsini nəzarətə götürdük

Rusiya: Donetskdə Novokalinovo qəsəbəsini nəzarətə götürdük
Dünya 10 May 2024 18:35

Rusiya Müdafiə Nazirliyi Donetsk vilayətində Novokalinovo qəsəbəsini nəzarətə götürdüklərini bildirib.

Sitat.info xəbər verir ki, Nazirlikdən verilən açıqlamada Rusiya ordusunun Ukraynadakı hərəkətləri ilə bağlı məlumat verilib.

Mayın 5-10-da Kiyevin Rusiyadakı enerji və sənaye obyektlərinə zərər vurmaq cəhdlərinə cavab olaraq Rusiya ordusunun 27 qrup dəniz və havadan buraxılan yüksək dəqiqlikli raketlər, “Kinjal” hipersəs raket sistemləri və pilotsuz uçuş aparatları (PUA) ilə Ukraynaya hücum həyata keçirdiyini bildirilib. 

Kənan Yusif 

Sitat.info