Macarıstan və Çin 16 əməkdaşlıq sazişi imzalayıb

Macarıstan və Çin 16 əməkdaşlıq sazişi imzalayıb
Dünya 09 May 2024 23:07

Macarıstan və Çin nüvə enerjisi sektoru da daxil olmaqla müxtəlif sahələrdə əməkdaşlığa dair 16 saziş imzalayıb.

Sitat.info xəbər verir ki, Macarıstan televiziya kanalları tərəfindən yayımlanan imzalanma mərasimində Macarıstanın Baş naziri Viktor Orban və ölkəmizdə səfərdə olan Çin Prezidenti Si Cinpin iştirak edib.

Əməkdaşlıq sazişləri investisiya, enerji, ticarət, maliyyə, gömrük nəzarəti, kənd təsərrüfatı, turizm, elm, mədəniyyət və media kimi sahələri əhatə edir. Onlar iki ölkənin müxtəlif qurumları arasında qarşılıqlı əlaqəni təmin edir.

Türkan 

Sitat.info