Türkiyədə FETÖ əməliyyatı - Yeddi polis saxlanıldı

Türkiyədə FETÖ əməliyyatı - Yeddi polis saxlanıldı
Dünya 09 May 2024 14:56

Türkiyənin İzmir şəhərində FETÖ-yə qarşı növbəti əməliyyat keçirilib.

Sitat.info xəbər verir ki, bu barədə “Star” məlumat yayıb.

Bildirilib ki, əməliyyat nəticəsində FETÖ ilə əməkdaşlıqda şübhəli bilinən səkkiz polis əməkdaşından yeddisi saxlanılıb.

Onlardan birinin yüksək rütbəli polis əməkdaşı olduğu vurğulanıb.

Digər şübhəlinin saxlanılması istiqamətində axtarış davam edir.