Kəlbəcərdə qəzada yaralanan hərbçimiz həlak oldu - Rəsmi

16:29 3 May 2024

Kəlbəcərdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sitat.info  xəbər verir ki, hadisə rayonun Qozlukörpü kəndi ərazisində baş verib.

Belə ki, VAZ-2115 markalı avtomobil ilə DAF markalı yük maşını toqquşub.

Hadisə nəticəsində minik avtomobilində olan beş nəfər xəsarət alıb. Onların hərbçi olduğu bildirilir. Yaralılar hospitala yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

***

Mayın 3-də Kəlbəcər rayonu ərazisində şəxsi avtomobilin qəzaya uğraması nəticəsində xəsarət alan hərbi qulluqçumuz Fuad Cəlal oğlu Əhmədov vəfat edib.

Sitat.info-ya bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, qəza nəticəsində xəsarət alaraq yaxınlıqdakı hərbi tibb müəssisəsinə təxliyə edilən digər hərbi qulluqçularımız həkimlərimizin nəzarəti altındadır.

"Xidmətdən kənarda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılır", MN-dən bildirilib.

Sitat.info



Xəbər xətti