Kəlbəcərdə ağır qəza: Hərbçilər xəsarət aldı

14:29 3 May 2024

Kəlbəcərdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sitat.info Oxu.az-a istinadla xəbər verir ki, hadisə rayonun Qozlukörpü kəndi ərazisində baş verib.

Belə ki, VAZ-2115 markalı avtomobil ilə DAF markalı yük maşını toqquşub.

Hadisə nəticəsində minik avtomobilində olan beş nəfər xəsarət alıb. Onların hərbçi olduğu bildirilir. Yaralılar hospitala yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.



Xəbər xətti