Fransa səfiri Azərbaycana qayıtdı

Fransa səfiri Azərbaycana qayıtdı
SİYASƏT 30 Aprel 2024 13:26

Fransa səfiri Ann Buayon Azərbaycana qayıdıb

Sitat.info Trend-ə istinadən xəbər verir ki, bu barədə diplomatik mənbələr məlumat yayıb.

Qeyd edilib ki, səfir artıq diplomatik fəaliyyətini davam etdirir.

Xatırladaq ki, 16 aprel tarixində Fransa Azərbaycandakı səfirini geri çağırıb. Paris bunun “Azərbaycanın birtərəfli fəaliyyəti, iki ölkə arasında münasibətlərə xələl gətirməsi” ilə bağlı olduğunu iddia edib.