Paşinyan KTMT ilə bağlı qəti qərarını elan etdi

Paşinyan KTMT ilə bağlı qəti qərarını elan etdi
SİYASƏT 23 Aprel 2024 10:13

Bu gün biz KTMT-də iştirakımızı praktiki olaraq dondurmuşuq.

Sitat.info xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan Britaniya mediasına müsahibəsində deyib.

“Hər şey indiki kimi davam edərsə, mən onların ifadə etdikləri siyasi mövqeləri nəzərdə tuturam, bizim KTMT-də yenidən iştirakımız praktiki olaraq qeyri-mümkün olacaq”, - o bildirib.