İranın casus gəmisi Qırmızı dənizi tərk etdi

İranın casus gəmisi Qırmızı dənizi tərk etdi
Dünya 19 Aprel 2024 14:47

İranın Qırmızı dənizdəki “Behşad” casus gəmisi İran sularına geri qayıdıb.

Sitat.info xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Nəşr "Behşad"ın bölgə sularında İranın ən əhəmiyyətli hərbi-logistik obyektlərindən biri olduğunu yazıb.

Qeyd edək ki, Qırmızı dənizdə və Ədən körfəzində İran bayrağı altında üzən “Behşad” gəmisi elektron nəzarət avadanlığından istifadə edərək husilərə ticarət gəmiləri haqqında məlumat verir.