Britaniya şahzadəsi ABŞ vətəndaşı oldu

Britaniya şahzadəsi ABŞ vətəndaşı oldu
Dünya 19 Aprel 2024 13:29

Britaniya şahzadəsi Harri rəsmi sənədlərdə yaşayış yerini ABŞ olaraq dəyişdirib. Bununla da, onun ABŞ sakini olduğu rəsmi olaraq təsdiqlənib.

Sitat.info xəbər verir ki, bu barədə məlumatı “Daily Mail” yayıb.

Məlumata görə, Harrinin ekoturizm şirkətinin sənədlərində yaşayış ölkəsi bölməsində Britaniya yerinə, ABŞ yazıldığı məlum olub. 

Bildirilir ki, sənədlərdə ölkənin dəyişdirilməsi Harrinin dövlət müşaviri olaraq qalmasına son qoya bilər. Belə ki, kral ailəsinin 7 ailə üzvü dövlət müşaviridir və onlar monarx xaricdə və yaxud xəstə olarkən onu əvəz edə bilərlər. Qanuna əsasən isə, dövlət müşavirlərinin daimi yaşayış yeri Böyük Britaniyada olmalıdır.