Kiyevə raket zərbələri endirildi

Kiyevə raket zərbələri endirildi
HADİSƏ 16 Aprel 2022 10:35

Səhər saatlarında Kiyevə raket zərbələri endirilib.

Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə şəhər meri Vitali Kliçko Teleqram səhifəsində yazıb.

O, raket zərbələrinin Kiyevin Darnitski rayonuna endirildiyini bildirib.

Kliçko Kiyevə geri dönmək istəyən şəhər sakinlərinə hələlik olduqları yerdə qalmağı tövsiyə edib.