Fransa vətəndaşlarına çağırış etdi

Fransa vətəndaşlarına çağırış etdi
Dünya 12 Aprel 2024 15:00

Fransa vətəndaşlarına yaxın günlərdə İsrailə, o cümlədən İran, Livan və Fələstin ərazilərinə səyahətləri tamamilə dayandırmağı tövsiyə edib.

Sitat.info xəbər verir ki, Fransa Xarici İşlər Nazirliyi bununla bağlı bəyanat yayıb.

Bildirilib ki, İranın Dəməşqdə SEPAH hərbçilərinin öldürülməsinə görə İsraildən qisas alacağı ilə bağlı təhdidləri fonunda eskalasiya təhlükəsi var.