AB Ukraynaya bu silahı verəcək

AB Ukraynaya bu silahı verəcək
Dünya 12 Aprel 2024 14:16

AB liderləri aprelin 17-18-də Brüsseldə keçiriləcək sammitdə Ukraynaya hava hücumundan müdafiə sistemlərinin tədarükü məsələsini müzakirə edəcəklər.

Sitat.info xəbər verir ki, bunu Belçikanın baş naziri Aleksandr de Kroo deyib.

“Təbii ki, AB ölkələrinin Ukraynaya hava hücumundan müdafiə sistemlərinin tədarükü zirvə toplantısında müzakirə olunacaq. Tədarüklər əsasən ölkə səviyyəsində həyata keçirilir, lakin biz bunu mümkün qədər koordinasiya etməyə çalışırıq”, - baş nazir bildirib.