AB-nin 100 “Patriot”u var, amma Kiyevə 7-ni vermir

AB-nin 100 “Patriot”u var, amma Kiyevə 7-ni vermir
Dünya 10 Aprel 2024 17:00

Avropa Birliyi Ukraynanı Rusiyanın raket hücumlarından qorumaq üçün kifayət qədər iş görmür.

Sitat.info xəbər verir ki, bunu Avropa diplomatiyasının rəhbəri Josep Borrell deyib.

“Avropa Birliyi Ukraynanı təcili olaraq daha çox hava hücumundan müdafiə texnikası və sursatla təmin etməlidir. Avropa ordusunda 100-ə yaxın “Patriot” sistemi var, amma biz hələ də onların istədikləri 7 sistemi verə bilmirik”, - Borrell bildirib.