Zəngilandan gələn fəhlə avtobusu aşdı

Zəngilandan gələn fəhlə avtobusu aşdı
HADİSƏ 08 Aprel 2024 14:05

Beyləqanda fəhlə aparan avtobus aşıb.

Yol-nəqliyyat hadisəsi ilə əlaqədar xəsarət alan 20 nəfər Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar.

Sitat.info Trend-ə istinadən xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, hospitalizasiya olunanlardan 18-i kişi, 2-i qadındır:

"Onlardan 18-də bədənin müxtəlif nahiyələrin travması diaqnozu qeydə alınıb. 2 nəfərə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb".