Misir Qəzzaya humanitar yardım aparan maşınların sayını artıracaq

Misir Qəzzaya humanitar yardım aparan maşınların sayını artıracaq
Dünya 08 Aprel 2024 09:19

Misir hakimiyyəti Rəfah keçidi vasitəsilə Qəzza zolağına daxil olan humanitar yardım maşınlarının sayını gündə 300-ə çatdıracaq.

Sitat.info-nun məlumatına görə, bu barədə Misir Dövlət İnformasiya Xidmətinin rəhbəri Diya Rəşvan deyib.

"Misir Qəzzaya humanitar yardım aparan maşınların sayını 300-dən çox artırmağı planlaşdırır", - deyə o bildirib.

D.Rəşvan həmçinin qeyd edib ki, ötən ilin oktyabr ayından bəri Fələstin anklavından Misirə 66 759 əcnəbi vətəndaş və ikili vətəndaş daxil olub və 3 764 yaralı Qəzzadan müalicə olunmaq üçün Misir xəstəxanalarına köçürülüb.