ABŞ və İsrail Yaxın Şərqdəki qüvvələrini hazır vəziyyətə gətirib

ABŞ və İsrail Yaxın Şərqdəki qüvvələrini hazır vəziyyətə gətirib
Dünya 06 Aprel 2024 11:58

ABŞ və İsrail rəsmiləri aprelin 1-də Dəməşqdəki konsulluğuna zərbədən sonra İrandan mümkün cavab tədbiri gözləyərək Yaxın Şərqdəki hərbi qüvvələrini yüksək hazırlıq vəziyyətinə gətirib.

Sitat.info xəbər verir ki, bu barədə "New York Times" yazıb.

Cavabın olub-olmayacağı və olacağı təqdirdə dəqiq tarixi bilinmir.

Qeyd edək ki, Suriyadakı İran konsulluğuna zərbə endirilməsindən sonra Tehran bunun İsrail tərəfindən həyata keçirildiyini iddia edir.