Bakıda köşk yandı: ölən var

Bakıda köşk yandı: ölən var
HADİSƏ 06 Aprel 2024 10:28

Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 4 m² olan köşkün yanar konstruksiyaları yanıb.

Sitat.info xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Yanğının kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar araşdırma aparılır.