ÜST: Səhiyyəyə 900-dən çox hücum qeydə alınıb

ÜST: Səhiyyəyə 900-dən çox hücum qeydə alınıb
Dünya 03 Aprel 2024 19:53

Fələstin, İsrail və Livanda səhiyyə sisteminə 906 dəfə hücum edilib.

Sitat.info xəbər verir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreisus deyib.

“Münaqişə başlayandan bəri ÜST Qəzza, İordan çayının qərb sahili, İsrail və Livanda səhiyyəyə 906 hücumu təsdiqləyib. Nəticədə 736 nəfər ölüb, 1014 nəfər yaralanıb. Bunlara baxmayaraq Qəzzanın 36 xəstəxanasından 10-u hələ də qismən fəaliyyət göstərə bilir", - o qeyd edib.

Türkan

Sitat.info