NATO Xarici İşlər Nazirlərinin Toplantısı başladı
NATO ölkələrinin xarici işlər nazirləri iyulda keçiriləcək sammitə hazırlıq və Ukraynaya yardımın artırılmasını təmin etmək , eləcə də Alyansın 75-ci ildönümünü qeyd etmək üçün Brüsseldəki qərargahda bir araya gəlib.
İsveçin üzv kimi iştirak etdiyi ilk iclas olduğunu qeyd edən Stoltenberq, əsas gündəmin iyulda Vaşinqtonda keçiriləcək NATO Sammitinə hazırlıqla bağlı olacağını bildirib: "Bu zirvə müdafiə şərtlərini gücləndirmək və ədalətli yük bölgüsünü təmin etmək üçün işini davam etdirəcək. Bu, Ukraynaya dəstəyimizi gücləndirəcək və Asiya-Sakit Okean, eləcə də Avropa İttifaqı (Aİ) üzrə tərəfdaşlarımızla əməkdaşlığımızı dərinləşdirəcək".
NATO-nun baş katibi qeyd edib ki, müttəfiqlər Alyansın cənubunda, Yaxın Şərqdə qeyri-sabitliyin necə həll olunacağını da müzakirə edəcəklər. İki gün davam edəcək görüş mətbuata qapalı olacaq.
Məğrur,
Sitat.info